Şəhid anaları və qazilər Şuşa şəhərinə səfər ediblər-FOTOLAR

Cəmiyyət
Salyanda Ulu öndər Heydər Əliyevin 101 illiy yubiley ilə əlaqədar təhsil sahəsində çalışan şəhid anaları və qəhraman qazilərlə Şuşa şəhərinə səfər ediblər.Azərbaycan təhsil işçiləri Azad həmkarlar ittifaqının Salyan rayon təşkilatının təşəbbüsü ilə
Ulu öndər Heydər Əliyevin 101 illiy yubiley ilə əlaqədar təhsil sahəsində çalışan şəhid anaları və qəhraman qazilərlə Şuşa şəhərinə səfər ediblər.
Onların arasında Vətən müharibəsinin gedişində unikal əməliyyatlardan biri kimi tarixdə əbədi qalacaq Şuşanın işğaldan azad edilməsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların valideynləri də olub.
Səfər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtının zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanışlıq olub.Şuşa torpağında Ulu öndər Heydər Əliyevin və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad olunub.Şəhid anaları Bülbülün, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvanın büstlərini ziyarət ediblər.
Gəzinti Şuşanın tarixi-mədəni abidələri, Şuşa qalası və Cıdır düzündə davam edib. Səfər müddətində qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs edilib.
Səfərdə iştirak edən şəhid anaları övladlarının işğaldan azad etdiyi Vətən torpağına səfərlərinin onlara bir təskinlik olduğunu qeyd edib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan təhsil işçiləri Azad həmkarlar ittifaqının Salyan rayon təşkilatına öz minnətdarlıqlarını bildiriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir