Şəki məktəblisi maksimum nəticə göstərib

Cəmiyyət

Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbinin məzunu I ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərib.

Belə ki, Şəki şəhər 18 nömrəli tam orta məktəbin məzunu İlyasova Zərifə Elmaz qızı I ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb.

Qeyd edək ki, imtahanın I mərhələsində 300 bal toplayan istedadlı məzun hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

Yüksək uğur qazanmış abituriyenti, onun müəllimlərini və valideynlərini ürəkdən təbrik edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir