Şəmkirdə qəza olub: Xəsarət alanlar var

Cəmiyyət

Şəmkirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan VAZ 2106 ilə VAZ 2107 markalı minik avtomobilləri toqquşub. Qəza zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir