Şəmkirdə piyadanın ölümü ilə nəticələn qəza baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Yeni Həyat qəsəbəsində qeydə alınıb.
Belə ki, VAZ 2107 avtomobil sürücüsü Gədəbəy rayon sakini, 1964-cü il təvəllüdlü Əmraslan Əliyevi vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
www.102info.az
