
Sumqayıt şəhərinin Ceyranbatan asfalt zavodu ərazisində yeraltı qaz xətlərində sızma aşkarlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Qeyd olunub ki, problemin aradan qaldırılması məqsədilə bu gün saat 11:00-dan etibarən 1000 abonentin qaz təchizatı dayandırılacaq.
Məlumata görə, qaz verilişi təmir-bərpa işləri başa çatdıqdan sonra yenidən bərpa olunacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
