Sabah Sədərək rayonunun bəzi ərazilərində işıq olmayacaq

Baş səhifə
Sabah Sədərək rayonunun bəzi ərazilərində işıq olmayacaq

Sabah Nazçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq

“Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən “Report”un yerli bürosuna verilən məlumata görə, 35/10 kilovoltluq “Sədərək” yarımstansiyasından qidalanan 10 kilovoltluq “Qaraağac ” hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.

Bu səbəbdən noyabrın 12-də saat 09:30-dan 12:30-dək Qaraağac kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir