Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, “Şamaxı” öz meydanında “Sabah”ı qəbul edib. Şamaxı şəhər stadionunda təşkil edilən matç saat 14:30-da start götürüb.
Matç ev sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1. “Şamaxı”nın heyətində Amil Yunanov dubl edib. Qonaqların qolunu Aleksey Kaşuk vurub.
24 turdan sonra paytaxt təmsilçisi 53 xalla 2-cidir. “Şamaxı” isə bu qələbə ilə xalını 19-a çatdırıb. Sonuncu sıradan xilas olan “şirlər” turnir cədvəlində 7-ci pilləyə yüksəlib.
Azərbaycan Premyer Liqası
XXIV
25 fevral (şənbə)
“Şamaxı” – “Sabah” – 1:1
Qollar: Amil Yunanov, 72, 90+5 – Aleksey Kaşuk, 77
