Sabiq deputatın iki ailə üzvü eyni gündə VƏFAT ETDİ

Cəmiyyət

Keçmiş millət vəkili, tibb elmləri doktoru, Tibb Universitetinin kafedra müdiri Rafiq Məmmədhəsənovun ailəsinə ağır itki üz verib.

“Qafqazinfo”nun məlumatına görə, onun bacısı Afər və baldızı Maya xanım eyni gündə vəfat ediblər.

Qeyd edək ki, R.Məmmədhəsənov 3-cü (2006) və 4-cü (2010) çağırış Milli Məclisin üzvü olub.

O, 1993-2014 illərdə Tibb Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində çalışıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir