Şabranda iki avtomobil toqquşub: Ölənlər var

Cəmiyyət

Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Şabran rayonu Gəndob kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir