Şahmat üzrə dünya çempionumuz: “Azərbaycan üçün fantastik nəticədir” – VİDEO

İdman

“Yaxşı iş gördük! Azərbaycan üçün fantastik nəticədir”.

Bu sözləri şahmat üzrə gənclər arasında dünya çempionatının kişilər yarışının qalibi Abdulla Qədimbəyli yarışdakı oyunu barəsində müsahibə verərkən deyib.

O əlavə edib ki, çempionat dünyanın ən çətin turnirlərindən biri idi:

“Çətin idi, amma öhdəsindən gəldim. Birincilik qazandım. Amma əlimdən gələni etdim ki, qalib olum. Azərbaycan da inanıram ki, mənimlə fəxr edir. Çünki bu, Azərbaycan üçün əla nəticədir”.