İndilərdə Salyan rayonunun Seyidlər kəndində baş verən ağır yol qəzası nəticəsində 4 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşıb.
Həlak olanlardan 2-si azyaşlıdır, onlardan ikisi bir ailənin üzvüdür.
Həlak olanların kimliyi müəyyən edilib. Bunlar 1993-cü il təvəllüdlü Aqil Amil oğlu Məmmədov, Nərmin Güləli qızı İsmayılova və onların azyaşlı övladlarıdır.
Əraziyə təcili yardım briqadası, Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, Aqil Məmmədov Salyan Rayon İcra Hakimiyyətinin sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi idi.
Faktla bağlı araşdırma aparılır.
