Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov 8 Noyabr – Zəfər Günü ərəfəsində şəhid ailələrini ziyarət edib

Baş səhifə

“8 Noyabr – Zəfər Günü”nün beşinci ildönümü münasibətilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidlərin ata ocaqlarını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərimizin keçdikləri şücaətli döyüş yollarından, xatirələrindən söhbət açılıb. Onların döyüşlərdə göstərdiyi şəxsi igidliyin və şücaətin dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif edildikləri qeyd olunub.

Vurğulanıb ki, belə görüşlər şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanıması, vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir