Salyanda ağır qəza –

Baş səhifə

Salyan rayonunda yol-nəqliyyat hadisəsinin baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Salyan rayonunda (Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 68-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar qəza yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində sürücünün meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir