Salyanda Dövlət Məşğulluq Agentliyinin iştirakı ilə əmək yarmarkası keçirilib

Baş səhifə


Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən 29 oktyabr 2025-ci il tarixində Salyan şəhərində 20 işəgötürənlə birgə əmək yarmarkası təşkil olunub.

Tədbirdə Agentliyin, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər. İşəgötürənlər tərəfindən mövcud vakansiyalar və onların tələbləri barədə ətraflı məlumat verilib, işsiz və işaxtaran şəxslərə 75 boş iş yeri təqdim olunub.

Filial tərəfindən təqdim edilən vakansiyalara dair tələblər təhlil edilərək, işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlarla fərdi iş aparılıb və uyğun namizədlər tədbirə cəlb olunublar.

İşəgötürənlər vakansiyalara müraciət edən şəxslərin CV-lərini qəbul edərək nəzərdən keçiriblər, uyğun hesab edilən namizədlər növbəti mərhələyə dəvət olunublar.

Tədbirdə 200-ə yaxın vətəndaş iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir