Salyanın Xurşud kəndinin elektrik şəbəkəsi uzun illərdir istismarda olduğundan istehlakçılar üçün çətinliklər yaradırdı. Elə bu səbəbdən “Azərişıq” ASC tərəfindən kəndin yaşayış məntəqlərinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yenidənqurma işlərinə başlanılıb. Bu məqsədlə Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəliov aidiyyəti xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərlə birgə, Xurşud kəndində elektrik təsərrüfatının yenidənqurma işləri ilə yerində tanış olub. Rayon icra hakimiyyətinin başçısı görülən işlərin vaxtında, keyfiyyətlə və müəyyən edilmiş layihələrə uyğun aparılmasının zəruriliyini qeyd edib, bu sahələr üzrə məsul şəxslərə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.




