
Bakı. Trend:
“Samsung” şirkəti tarixində ilk üçqat qatlanan smartfonu –
“Galaxy Z TriFold” modelini rəsmi olaraq təqdim edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
<!—->
<!––>
“Samsung”un qatlanan cihazlar xəttində ən böyük ekrana malik
olan bu cihaz, əsas elastik displeyin içəriyə doğru qatlanmasını
təmin edən iki titan şarnir ilə təchiz olunub. Bu da ekran səthinin
qapalı vəziyyətdə tam qorunmasını təmin edir.
Açıq halda elastik “OLED” ekranın diaqonalı 10 düymə çatır,
adaptiv 120 Hz yeniləmə tezliyini dəstəkləyir və 2160 × 1584 piksel
icazəyə malikdir. 6,5 düymlük xarici ekran 21:9 nisbətində
hazırlanıb və 120 Hz yeniləmə tezliyini dəstəkləyir.
