Qlobal həmrəylikdə Azərbaycanın səsi

Xüsusi Xəbər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri səfəri çərçivəsində çıxışı ilə diqqətlə tanış olmuşuq. Prezident bu ölkədə olarkən çox önəmli məlumatlar verib. O, deyib ki, Azərbaycan artıq dünyanın enerji təhlükəsizliyi sistreümində böyük rola malikdir. Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları təkcə neft qaz deyil, bu sazişlər eyni zamanda 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq.

Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bu səbəbdən Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır. “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Buqısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.

Azərbaycanda investisiya mühiti çox müsbətdir və ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. İndi isə hədəfimiz bərpaolunan enerjidir.  İxrac marşrutları çoxalır.  2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Bu Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri dövlətimizin rəhbərinə beynəlxalq aləmdə göstərilən diqqət və ehtiramın ifadəsidir. Bu ölkədə təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Bu, həm də İslam dövlətləri arasında  dostluq və qardaşlığın təcəssümüdür.

Sucayət Mehtiyev,

Cəlilabad rayon Şabanlı kənd

tam orta məktəbinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir