Qarabağ münaqişəsi tarixə çevrildi

Xüsusi Xəbər

Son günlərin ən əhəmiyyətli hadisəsi ölkə başçısı cənab  İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə işğaldan azad olunmuş Şuşa rayonuna səfəridir. Səfər bir çox əhəmiyyətli məqamlarla yadda qalan oldu.  Bu, adi bir səfər deyildi və dövlət başçısı işğaldan azad olunmuş torpaqlardan kifayət qədər ciddi mesajlar verdi.

Biz yaxşı bilirik ki, 1990-сı illərin əvvəlləri Azərbaycan tarixinin ən ağrılı səhifələri olan birinci Qarabağ müharibəsi bizim üçün çoxlu qurbanlarla, itkilərlə həyatımıza yazılsa da, 2020-ci ilin sonları tariximizə qızıl hərflərlə həkk olunmuş, 44 günlük ikinci Qarabağ müharibəsində tarixi qələbəmizlə, torpaqlarımızın azad olunması ilə başa çatmışdır. Möhtərəm Prezidentimiz, şanlı ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın yaratdığı Dağlıq Qarabağ münaqişəsi tarixə çevrildi.

Şuşaya növbəti 10 may səfərinin əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan Prezidenti ölkə vətəndaşlarına, dədə-baba yurdlarından didərgin düşən yüz minlərlə insana bölgədə yaranmış vəziyyətlə bağlı məlumat verdi, görülən və görüləcək işlərdən söhbət açdı, hansı yeniliklərin həyata keçiriləcəyindən danışdı. Səfər boyu işğaldan azad olunan kəndlər barədə məlumat verən dövlət başçışı bildirdi ki, məhz Şuşada mühüm layihələr həyata keçiriləcək.

Cənab Prezidentin işğaldan azad olunmuş torpaqlarımıza səfəri zamanı qeyd etdiyi kimi, geri qaytarılan ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaqdır. Hər bir bölgəmizin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqlarına, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq onların profili, ixtisaslaşması nəzərdə tutululmuşdur.

Qarabağın azad edilməsi və böyük qayıdışın həyata  keçirilməsi hər bir azərbaycanlı üçün tarixdən ibrət dərsi götürməyi tələb edir. Biz 28-30 il əvvəlki məğlubiyyətlərimizin acı nəticələrini düzgün təhlil etməliyik ki, gələcək nəsil də bunlardan yetərincə düzgün nəticə çıxara bilsin. Unutmamalıyıq ki, olub-keçənlər bu tarixin ibrət dərsi idi. Misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş, insanlığa sığmayan  hərəkətlərin, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu münaqişənin bütün məşəqqətlərinin dünya ictimaiyyətinə detalları ilə çatdırəlması, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ölkə başçımız tərəfindən ciddi və məqsədyönlü iş aparılır.

Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar.  Prezident İlham Əliyev vurğuladı ki, torpaqlarımızı döyüşürək azad etmişik,  şəhidlərimizin qanını almışıq, Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz.

 

Əminağa İsparov,

Cəlilabad rayon üzrə təhsil sektorunun metodisti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir