Səmil Şahlar oğlu Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Xüsusi Xəbər

Sizin rəhbərlik etdiyiniz respublikamız böyük nüfuz qazanaraq bu gün beynəlxalq münasibətlər sistemində önəmli yer tutur. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq apardığınız uğurlu siyasət Azərbaycanı qüdrətli dövlətə çevirmişdir.

Cənab Prezident, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə Sizin düşünülmüş siyasətinizin nəticəsidir. Bu Qələbə ilə Qarabağımız işğaldan azad olundu, eyni zamanda, Cənubi Qafqaz regionunda yeni reallıqlar yarandı.

İşğaldan azad olunmuş ərazilərimizdə Sizin birbaşa nəzarətinizlə aparılan yenidənqurma, bərpa işləri o torpaqlara yeni nəfəs verir. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Yaşasın Prezidentim!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Quliyev Səmil Şahlar oğlu Jurnalist

 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir