Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən “Zəfər Günü” ilə bağlı tədbir keçirilib-FOTO

Təhsil Xüsusi Xəbər

Tədbirdə idarə müdiri Sənan Mənsimli, Salyan rayon İcra başçısı Sevindik Hətəmov, Salyan rayonunun millət vəkili Jalə Əhmədova, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, YAP rayon təşkilatlarının sədrləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin rəhbərləri, rayon təhsil sektoru müdirləri, direktorlar və Vətən müharibəsi iştirakçıları iştirak edib.Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər. Daha sonra Salyan şəhər 2 nömrəli tam orta məktəbdə Zəfər Günü ilə bağlı məktəblilərin rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli çıxış edərək bildirib ki, 2020-ci ildə ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib.Daha söz Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova verilib. O çıxışında qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini bildirib. Vətən müharibəsində şəhid olmuş həmvətənlərimizə rəhmət diləyib və qazilərimizə təşəkkürünü bildirib. Tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib.

Daha sonra söz millet vəkiliJalə Əhmədovaya verilib. J.Əhmədov sarsılmaz Qələbəmizin tarixi əhəmiyyətindən söz açıb. Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində keçdiyi şərəfli yolun gənc nəslə çatdırılması istiqamətində görülən işlərə toxunub.Sonra çıxış üçün söz milli qəhrəman Nazim Babayevin anası Laçın Babayevaya verilib. O öz çıxışında Vətən müharibəsində milli Ordumuz şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda törədilmiş soyqırım aktları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında almış, işğalçı Ermənistana layiq olduğu yerini göstərdiyini bildirib.

Daha sonra çıxış edən Salyan rayon Sarvan kəndinə tam orta məktəbin hərbi rəhbəri Əliyev  Abdulla  çıxışında 44 müharibəsində yaşadıqlarından  söz açıb. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində  müzəffər Azərbaycan Ordusu addım-addım irəliləyərək torpaqlarımızı azad edib, bizlərə qələbə sevinci yaradıb.  A.Əliyev çıxışında Vətən müharibəsi zamanı tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən,  Qarabağ döyüşlərində əsgərlərimizin şücaətindən ətraflı danışıb.Tədbirin bədii hissəsində şagirdlərin ifa etdikləri vətənpərvər şeir və mahnılar, rəqslər təsbir iştirakçılarında yüksək əhvali-ruhiyyə yaradıb.

 

 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir