“Shape of my heart”ın ifaçısından Ukraynaya dəstək – VİDEO

Dünya

Dünyaca məşhur britaniyalı müğənni Stinq Londonun məşhur “Palladium” səhnəsində ukraynalı violonçel ifaçısı Yaroslava Trofimçuk ilə bir səhnədə çıxış edib.

Konsertdən əldə edilən bütün gəlirlər dünyanın hər yerindən humanitar və tibbi yardım cəlb etmək üçün yaradılmış könüllü logistika mərkəzi olan “Help Ukraine Center”a yönəldiləcək.

Qeyd edək ki, Ukraynanın bir neçə şirkəti Ukrayna Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində Ukrayna-Polşa sərhədində bu ölkəyə humanitar və tibbi yardım göndərmək üçün “Help Ukraine Center” adlı mərkəz açıb.

Mənbə: The Daily Mail

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir