Şirvan şəhər Humanitar və İqtisadiyyat Kollecində tələbələrlə görüş keçirilib-FOTO

Cəmiyyət

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və Kollecin direktoru Bərxudarov Bərxudar 5 dekabr Beynəlxalq könüllülər günü münasibətilə tələbələrlə görüş keçirib.

Sənan Mənsimli çıxışında könüllülük fəaliyyətinin yeni təcrübə, dünyagörüşü, sosiallaşma, uğurlu karyera yolu, komandada işləmə və ünsiyyət qurma bacarığı sahəsində gənclərə özlərini inkişaf etdirməyə dəstək olduğunu, onların gələcək həyat fəaliyyətinin stimullaşdırılmasına xidmət etdiyini qeyd edib.

Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə tələbələrin Şirvan Salyan Regional Təhsil İdarəsinə tabe məktəbəqədər və ümumtəhsil müəssisələrində könüllülük fəaliyyətinə cəlb olunması müzakirə edilib, auditoriyanın sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir