Şirvan-Salyan Regional Təhsil İdarənin müdiri Neftçala rayonunda vətəndaşları qəbul edib .

Baş səhifə

 

İyunun 22-də Şirvan Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Neftçala şəhər S.İmanov adına 1 nömrəli tam orta məktəbdə həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.

Həyata keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.

İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.

Vətəndaş qəbulundan sonra Neftçala şəhər S.İmanov adına 1saylı tam orta məktəbin və ” Humanitar Təmayüllü Mugan” liseyinin kollektivi ilə görüş keçirilmişdir. Görüşdə müəllimlərin sertifikasiyası ilə bağlı maarifləndirici söhbət aparılmış, pedoqoji prosesin təşkili məsələləri müzakirə edilmiş, müəllimlərin təklifləri dinlənilmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir