ŞSRT-nin inzibati binasında aparatın ilk Həmkarlar təşkilatının yaradılması, oranın üzvlərinin təyin edilməsi, heyət üzvünün sədr və üzvlərin həmçinin təftiş komissiyasının yaradılması məqsədi ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərov, təşkilati şöbənin şöbə müdiri Rüstəmov Emil, Şirvan Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və idarənin əməkdaşları iştirak ediblər.
Açıq səsvermə ilə keçirilən görüşdə Şirvan Salyan Regional Təhsil İdarəsinin Maliyyə İqtisadiyyat sektorunun aparıcı məsləhətçisi Cahangir Sadıqov aparatın ilk həmkarlar təşkilatının sədri seçilib. Bundan başqa idarənin digər əməkdaşları müvafiq olaraq sədr müavini və üzv olaraq seçiliblər.

