?Fəaliyyət planına əsasən Biləsuvar, Hacıqabul, Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin Uşaq Gənclər İdman və Şahmat məktəbləri tərəfindən 8 noyabr-Zəfər Günü ilə əlaqədar olaraq şahmat, futbol, boks və güləş idman növləri üzrə açıq birinciliklərin keçirilməsi planlaşdırılır. ?
Plana uyğun olaraq Şirvan UGİŞM-də şahmat birinciliyi♟, Hacıqabul rayon 5 nömrəli məktəbdə boks idman növü üzrə açıq birincilik?, Biləsuvar rayon UGİŞM-də sərbəst güləş üzrə açıq birincilik? və Salyan rayon Kürkənd kənd tam orta məktəbində mini futbol üzrə açıq birinciliyi ⚽️keçiriləcəkdir.
Yarışlar 25 oktyabr-4 noyabr tarixlərində keçiriləcək. Qaliblər Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr ilə mükafatlandırılacaqlar.?
