Şirvan-Salyan Regional Təhsil İdarəsinə daxil olan bölgələr üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib-FOTO

Baş səhifə

 

Konfransda Elm və Təhsil Nazirliyinin ümumtəhsil şöbəsinin məktəbəqədər təhsil sektorunun müdiri İlahə Rəsulova , Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Şirvan ,Salyan, Neftçala,Hacıqabul və Biləsuvar rayonunda çalışan təhsil işçiləri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli konfransın işinə uğurlar arzulayıb.
Sonra Elm və Təhsil Nazirliyinin ümumtəhsil şöbəsinin məktəbəqədər təhsil sektorunun müdiri İlahə Rəsulova çıxış edərək ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, sertifikasiya, ümumi təhsilin təşkili, idarə olunması və digər məsələlər barədə məlumat verib. Yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunan İlahə Rəsulova təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.

Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və suallar cavablandırılıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir