Şirvan Salyan Regional Təhsil İdarəsini Gənclər Günü ərəfəsində bir qrup gənc müəllimlə görüş keçirilib-FOTO

Cəmiyyət

Şirvan Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli 2 fevral- Gənclər Günü münasibətilə ümumtəhsil müəssisələrində çalışan bir qrup fəal, gənc müəllimlərlə görüş keçirib.

İdarə müdiri son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildiyindən danışıb. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
Gənc müəllimlərlə görüşdən məmnun olduğunu vurğulayan Sənan Mənsimli şagirdlərin milli dəyərlər əsasında formalaşmasında hər bir müəllimin üzərinə düşən vəzifələrdən danışıb.
Görüşdə gənc müəllimlər arasında qarşılıqlı əlaqələrin formalaşması istiqamətində fikir mübadiləsi aparılıb və onların təklifləri dinlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir