Ceyhun Bayramov “Haber Global”a danışdı: “Bunu Türkiyə diplomatiyasının uğuru kimi qiymətləndirərdim”

Siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Haber Global” telekanalına müsahibə verib.

Oxu.Az xəbər verir ki, nazir müsahibəsində Antalya Diplomatiya Forumunun əhəmiyyəti barədə fikirlərini bölüşüb, eləcə də Azərbaycandan Avropaya əlavə qaz tədarükünün mümkünlüyündən, həmçinin Qarabağdakı layihələrdən bəhs edib.

Xarici işlər naziri qeyd edib ki, uzun fasilədən sonra Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumunun başladığı ərəfədə burada görüşüb danışıqlar aparması, Türkiyənin xarici işlər nazirinin təşkilatçılığı və onun iştirakı çox əhəmiyyətli addım oldu.

“Müharibə gedən zamanda belə bir görüşün keçirilməsi ilk növbədə Türkiyənin beynəlxalq aləmdə artan nüfuzunun, digər tərəfdən isə hər iki tərəfin Türkiyəyə olan inamının göstəricisidir. Mən bunu Türkiyə diplomatiyasının böyük uğuru kimi qiymətləndirərdim”.

Ətraflı “Haber Global”ın sujetində:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir