Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin rəsmisi ilə müzakirələr apardı – FOTO

Siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti, Münhen təhlükəsizlik konfransı zamanı liderlər arasında keçirilmiş görüşdən irəli gələn məsələlər, Naxçıvana maneəsiz keçidi təmin edəcək kommunikasiyanın təmin edilməsi və delimitasiya prosesi üzrə cari vəziyyət və perspektivlər müzakirə olunub. 

Ceyhun Bayramov Üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mütəmadi hərbi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb.

Nazir eyni zamanda, erməni sakinlərin reinteqrasiyası məsələsi üzrə ölkəmizin baxışları barədə qarşı tərəfə məlumat verib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir