Moskvada MDB İqtisadi Şurasının iclası: Milli valyutaların gücləndirilməsi diqqət mərkəzində

Siyasət

Martın 18-də Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib.

“Report”un Rusiya bürosunun müxbiri xəbər verir ki, Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İclas iştirakçıları Kosmos üzrə Dövlətlərarası Şuranın 2020-2021-ci illərdə fəaliyyəti barədə hesabatı dinləyib, milli valyutalardan istifadənin milli iqtisadiyyatların gücləndirilməsində rolunu müzakirə ediblər. Qeyd olunub ki, Dövlətlərarası Bank MDB məkanında milli valyutalarla ödənişlər üçün hesablaşma platforması yaradıb.

İclas çərçivəsində 2030-cu ilədək informasiya təhlükəsizliyinin təmin edilməsi strategiyasının layihəsi, baytarlıq sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəldilmiş bioloji materialların mübadiləsinə dair saziş layihəsi, ümumi elmi-texniki məkanın yaradılmasına dair saziş layihəsi və digər sənədlər nəzərdən keçirilib. Sənədlərin MDB Hökumət Başçıları Şurasının növbəti iclasında müzakirəyə çıxarılması planlaşdırılır.

Tədbirin sonunda 2021-ci il üçün məhsul və xidmətlərin keyfiyyətinə görə MDB Mükafatları təqdim olunub.

MDB İqtisadi Şurasının növbəti iclası iyunun 10-da Qazaxıstanın Nur-Sultan şəhərində keçiriləcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir