Ərdoğan Çanaqqala şəhidlərini anarkən azərbaycanlıları da unutmadı – VİDEO

Siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 mart tarixində Çanaqqala Zəfərinin 107-ci ildönümü münasibətilə anım mərasimində çıxış edib.

Türkiyənin Azərbaycandakı səfirliyi R.T.Ərdoğanın çıxışından görüntülər paylaşıb.

“Burada təkcə Türkiyənin hər bölgəsindən, hər rayonundan, hər kəndindən qəhrəmanların qəbirləri yoxdur. Eyni zamanda könül coğrafiyamızın dörd bir guşəsindən gəlib burada torpağa düşən şəhidlərin məzarları da var. Sarayevonun, Skopyenin, Komotininin, Bakının, Batuminin, Hələbin, Qəzzənin, Qüdsün uşaqları ilə İstanbulun, Ankaranın, Çorumun, Antepin, Mardinin, Ədirnənin övladları düz 107 ildir ki, bu müqəddəs torpaqlarda bərabər şəkildə qucaq-qucağa yatırlar”, – deyə R.T.Ərdoğan bildirib.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir