Hulusi Akar: “Türkiyə ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq davam edəcək”

Siyasət

Türkiyənin Müdafiə Naziri Hulusi Akar Uludağ Universitetində keçirilən “Böhranda Müdafiə və Təhlükəsizlik” mövzusunda konfransa qatılıb.

Nazir ilk öncə hazırda İraqın Şimalında aparılan “Pəncə Qıfıl” antiterror əməliyyatının gedişi barədə məlumat verib.

Akar çıxışında Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələlərinə də toxunub. O, bildirib ki, iki ölkə arasındakı hərbi-texniki sahədəki işbirliyi bundan sonra da davam edəcək.

Mənbə: TRT

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir