Orxan Əsgərovu qətlə yetirən terrorçunun arvadı ərini İFŞA ETDİ

Siyasət

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə İranda fəaliyyət göstərən “Hüseyniyyun” qruplaşmasının üzvü olub.

Bu barədə onun həyat yoldaşı mediaya açıqlama verib. 

“O, “Hüseyniyyun”un üzvü idi və Suriyada İran qüvvələrinin tərkibində Bəşər Əsədin xeyrinə döyüşüb”, – terrorçunun həyat yoldaşı bildirib.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb. 

Hadisəni törətməkdə şübhəli bilinən Yasin Hüseynzadə saxlanılıb.

Mənbə: Gunaz.tv

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir