“Putin Zelenski ilə görüşə razıdır”

Siyasət

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ukrayna lideri Vladimir Zelenski ilə görüşə qarşı olmadığını deyib.

“102info.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etməyə çalışırq. Hələ müharibə başlamazdan əvvəl də belə səylərimiz var idi. Prinsipcə, Putin prezidentimizlə telefon danışıqları zamanı dedi ki, belə bir görüşə qarşı deyil… Ukrayna tərəfi hazırdır. Belarusda tərəflər arasında texniki danışıqlar gedir. Digər tərəfdən, digər kanalların da səyləri var ki, biz də bunu dəstəkləyirik”, – Çavuşoğlu bildirib.

Xatırladaq ki, martın 6-da Rusiya və Türkiyə liderləri arasında telefon danışığı olub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir