Antalya Forumunda Cənub Qafqazda sülh perspektivləri müzakirə olunur

Siyasət

Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda panel müzakirələri keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edir.

Nazir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçılıq siyasəti həyata keçirməsi nəticəsində uzun illər Cənubi Qafqazda ciddi problemlərin olduğunu vurğulayıb.

C.Bayramov qeyd edib ki, 2020-ci ildə 44 gün davam edən müharibə nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad edib:

“Bundan sonra bölgədə yeni vəziyyət yaranıb. Azərbaycan dəfələrlə Ermənistana sülh sazişinin imzalanmasını təklif edib”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir