Rusiya Çindən hərbi texnika istəyir

Siyasət

Rusiya Ukraynaya müdaxiləni dəstəkləmək üçün Çindən hərbi texnika istəyib.

Bu barədə “Financial Times” xəbər yayıb.

Vəziyyətlə tanış olan rəsmilərin sözlərinə görə, ABŞ-ın Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Çinə sərt şəkildə xəbərdarlıq edəcək ki, Rusiyanın işğal siyasətini dəstəkləmək və ya ona Qərb sanksiyalarından yayınmağa kömək etmək üçün hər hansı cəhdin cavabı olacaq.

Ağ ev qorxur ki, bu addım Pekin və Moskva arasında daha güclü əlaqələrin əlamətidir və Çinin müsbət cavabı Qərbin Ukraynaya yardım səylərini sarsıda bilər.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.