Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını erməni diasporuna ötürüb

Siyasət

Avropa Parlamenti Azərbaycan tərəfinin məktublarını erməni diasporuna sızdırmaqla Avropa İttifaqı ilə Bakı arasında gərginliyə səbəb olub.

Caliber.Az xəbər verir ki, bu barədə Belçikanın Eureporter.co saytı yazır.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Azərbaycanın Ukraynaya humanitar yardımını və ölkəmizin Moldova və Cənub-Şərqi Avropaya qaz tədarükünü artırmaq niyyətini alqışladığı bir vaxtda, Azərbaycanın Aİ-dəki nümayəndəsi və Belçikadakı səfiri Vaqif Sadıqov Avropa Parlamentinin onun məktublarını erməni diasporunun nümayəndələrinə ötürülməsindən məyusluğunu ifadə edib.

Azərbaycanın səfiri öz “Twitter” səhifəsində məsələyə münasibət bildirərkən yazıb:

“İnanılmaz olsa da həqiqətən ondan ibarətdir ki, Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını məqsədyönlü şəkildə erməni diasporunun nümayəndələrinə ötürüb. Mən artıq Avropa Parlamentinə ünvanlanan və bir çox həssas məsələlərə toxunan digər məktubların da Avropa Parlamentinə və təşkilata yaxın olan şəxslərə, həmçinin digər lobbi qruplarına sızdırılmasına da təəccüblənmərəm”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir