Çavuşoğlu: “Lavrov gecəyarı mənə zəng vurdu, gözəl xəbərlər gözləyirik”

Siyasət

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Mariupol şəhərindəki Türkiyə vətəndaşlarının təxliyəsi ilə bağlı danışıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

“14 800-dən artıq vətəndaşımızı təxliyə etdik. 300-350-yə yaxın vətəndaşımızın Ukraynada olduğunu bilirik. Qanuni Sultan Süleyman Məscidi dərnəyinin sədri məlumatları bizə çatdırıb. Buradakı vətəndaşlarımızın və digər mülki şəxslərin təxliyəsi ilə bağlı iki tərəfin köməyini istədik. Bu gün də vətəndaşlarımızın bəzi şəhərlərdən təxliyəsi üçün dostlarımız çalışırlar. Lvovdan iki, Odessadan bir avtobusun yola çıxmağını gözləyirik. Bölgədə 100-dən çox vətəndaşımız var. Bu vətəndaşlarımızın təxliyəsi və digər dinc sakinlərin çıxışı üçün hər iki tərəfin köməyini istədik. Biz Ukraynanın ərazi bütövlüyünü istəyirik, insanların sağ-salamat qurtarılması üçün təmaslarımızı davam etdiririk.

Martın 10-da keçirilən üzbəüz görüşü də hər iki nazirlə diqqətdə saxlayırıq. Bizdən kömək istəyən digər ölkə vətəndaşlarına da kömək edirik. Azərbaycanlı qardaşlarımız, türkmən qardaşlarımızın təxliyələri ilə bağlı daha əvvəl məlumat vermişdik.

Lavrov gecəyarı mənə zəng vurdu. Bu gün – sabah gözəl xəbərləri gözləyirik. Məscidə sığınan vətəndaşlarımızın qida təminatı ilə bağlı çətinliyi yoxdur”, – deyə M.Çavuşoğlu bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir