Baş nazir Əli Əsədov Düşənbədə tacikistanlı həmkarı ilə görüşüb

Siyasət

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Düşənbəyə işgüzar səfəri çərçivəsində Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

Əli Əsədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin Tacikistanda yüksək səviyyədə keçirilməsinə görə bu ölkənin hökumətinə təşəkkürünü bildirib.

Tərəflər yüksəksəviyyəli səfər və görüşlərin Azərbaycan ilə Tacikistan arasında dövlətlərarası əlaqələrin möhkəmlənməsində əhəmiyyətini qeyd ediblər.

Bu kontekstdə Azərbaycan Prezidentinin bu ilin aprelində Tacikistana dövlət səfərinin əhəmiyyəti qeyd olunub.

İki ölkə arasında iqtisadiyyatın konkret sahələri üzrə əməkdaşlığın hazırkı səviyyəsi və inkişaf perspektivləri nəzərdən keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir