Ceyhun Bayramov Sloveniyanın Azərbaycandakı səfiri ilə görüşüb – FOTO

Siyasət

Xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın Azərbaycanda akkreditə olunan qeyri-rezident səfiri Primoş Şeliqonu qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Azərbaycanın Sloveniya ilə münasibətlərin inkişafına əhəmiyyət verdiyini qeyd edərək ikitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı perspektivlərini vurğulayıb.

Səfir iki ölkə arasında mövcud olan tarixi əlaqələri və dostluq ənənələrini qeyd edib və ölkəsinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu ifadə edib. O, siyasi, iqtisadi, humanitar və s. sahələrdə əlaqələrin genişləndirilməsindən bəhs edərək cari il ərzində Birgə İqtisadi Komissiyanın ilk iclasının keçirilməsi, habelə ANAMA ilə əməkdaşlıq münasibətlərinin qurulmasının mövcud münasibətlərin inkişafına müsbət təkan verəcəyinə inamını vurğulayıb.

C.Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, habelə bu ərazilərdə minalardan təmizlənmə istiqamətində görülən işlər, Azərbaycanın post-münaqişə mərhələsində iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı sərgilədiyi mövqeyi barədə məlumat verib.

Tərəflər həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və ATƏT çərçivəsində həyata keçirilən əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar. İki ölkənin Xarici İşlər nazirlikləri arasında 2021-ci ildə keçirilmiş siyasi məsləhətləşmələr təcrübəsinin qarşıdan gələn illərdə də davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə edilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir