Noyabrın 22-də Böyük Qayıdış çərçivəsində Laçına növbəti köç prosesi gerçəkləşib. Laçın şəhəri bu dəfə 21 ailəyə qucaq açıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün daha 81 laçınlının yurd həsrəti başa çatıb. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar.
Bununla da Laçın şəhərində 346 ailə, yəni, 1326 nəfərin daimi məskunlaşması təmin edilib.
06:49
Laçının daha 81 sakini doğma yurda qayıdır.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Noyabrın 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə – 81 nəfər köçürülüb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 346 ailə, yəni 1 326 nəfərin daimi məskunlaşması təmin edilib.
Daha çox şəkil burada: PhotoStock.az