SPEKA-nın Bakı Bəyannaməsi tarixi sənəddir

Siyasət Xüsusi Xəbər

Cari il noyabrın 24-də paytaxtımızda işə başlayan SPEKAYA üzv ölkələrin rəhbərlərinin Zirvə görüşü ölkəmizin tarixində əlamətdar hadisədir. Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Qırğız Respublikasının, Tacikistan Respublikasının, Özbəkistan Respublikasının prezidentləri və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini 2023-cü il noyabrın 24-də Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının birinci Zirvə görüşündə Bəyannamə imzalanmışdır.

Zirvə görüşünün keçirilməsi ölkəmiz üçün həm də xüsusilə mühüm əhəmiyyət daşıyır. Yəni 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar geosiyasi məsələlərə də təsirsiz ötüşmür. Yeni əməkdaşlıq və tərəfdaşlıq konfiqurasiyası müasir yanaşma və metodları tələb edir. Artıq Qarabağ probleminin həllindən sonra Qara dəniz-Xəzər dənizi-Mərkəzi Asiya regionlarında – bütövlükdə Türk dünyasında inkişafın yeni mərhələsinə yüksəlmək üçün real şanslar yaranıb.

Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Bakı Zirvə görüşündə beynəlxalq tərəfdaşların iştirakı alqışlanmış, Şərq-Qərb Transxəzər Orta Dəhlizinin SPECA-nın iştirakçı ölkələri ilə Asiya və Avropanın müxtəlif regionları, onun hüdudlarından kənarda daha səmərəli və dayanıqlı əlaqələrdən biri kimi, ölkələrin müvafiq hakimiyyət orqanlarına nəqliyyat şirkətləri, ekspeditorlar, logistika mərkəzləri və milli operatorlar arasında bütün dəhliz boyu kommunikasiyaların səmərəliliyini artırmaq üçün nəqliyyat əlaqələrini yaxşılaşdırmaq tövsiyə edilmişdir.

Bakı Bəyannaməsi hazırkı şəraitdə Azərbaycan xalqının tarixi nailiyyətinin məzmununu daha dolğun və daha dəqiq ifadə edir. SPECA-nın üzv ölkələrinin dövlət başçılarının və hökumətlərinin birinci görüşünün beynəlxalq tərəfdaşların iştirakı ilə Bakı şəhərində mükəmməl təşkilinə, həmçinin Azərbaycanda SPECA günləri çərçivəsində 2023-cü il noyabrın 20-24-də digər tədbirlərin təşkilinə görə Zati-aliləri Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Hökumətinə səmimi təşəkkür ifadə edilib. Bütün bunlar SPEKA-nın Bakı Bəyannaməsinin tarixi sənəd olduğunu sübut edir.

Fəttah Kərimov,

Cəlayir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir