Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.
“Report” xəbər verir ki, qarşılama mərasimdə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Xatırladaq ki, bu mərhələdə Laçına daha 17 ailə – 63 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 363 ailə, yəni 1 389 nəfərin daimi məskunlaşması təmin edilib.
06:33
Laçının daha 63 sakini doğma yurda qayıdır.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Noyabrın 29-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 17 ailə – 63 nəfər köçürülür.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 363 ailə, yəni 1 389 nəfərin daimi məskunlaşması təmin edilib.