Hikmət Hacıyev: “İƏT ölkələri jurnalistləri Ağdam və Şuşada abidələrə qarşı vandalizmin şahidi olublar” – FOTO

Siyasət

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İƏT ölkələrinin jurnalistləri ilə görüşüb.

Bu barədə Hikmət Hacıyev “twitter” hesabında bildirib.

“İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin bir qrup jurnalisti ilə görüşməkdən məmnunluq duyuruq. Onlar işğaldan azad edilmiş Ağdam və Şuşa şəhərlərində olub, 60-dan çox məscidə və digər mədəniyyət və dini abidələrə qarşı törədilən vandalizm və talanların şahidi olublar”, – Prezidentin köməkçisi qeyd edib.

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir