Vladislav İsayev: “Ermənilər artıq “yağlı tikə”nin böyük hissəsini itiriblər” – MÜSAHİBƏ

Siyasət

“İstənilən yoldan daha çox faydalananlar həmin yolun keçdiyi dövlətlərdir”.

Bu sözləri rusiyalı iqtisadçı ekspert Vladislav İsayev Oxu.Az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda bunlar Azərbaycan və İrandır:

“Söhbət infrastrukturun tikintisi, nəqliyyat axınına xidmət və s. üçün vəsaitlərin ayrılmasından gedir. Ölkənizdən keçən magistral artıq gəlir mənbəyi və iş yeridir. Ölkələr arasında münasibətlərin sabitləşməsi amili də var, qarşılıqlı iqtisadi asılılıq var”.

O, İrandan keçən dəhlizin iqtisadi baxımdan Ermənistanla müqayisədə daha sərfəli olub-olmaması fikrinə də münasibət bildirib.

“Ermənistanda siyasi qeyri-sabitlik faktoru var, orada revanşist əhval-ruhiyyəni geri qaytarmağa qərar verəcək bəzi qüvvələr idarəçiliyi ələ keçirəcəyi zaman hakimiyyət dəyişikliyinə qədər hər şey baş verə bilər. Gəlin, bütün region ölkələri üçün iqtisadi cəhətdən sərfəli layihənin razılaşdırılmasının gecikməsinə diqqət yetirək. Ermənistanda nəqliyyat kommunikasiyalarının açılması siyasi debatlara səbəb olub. Nəticədə daha təhlükəsiz və dayanıqlı olacaq yeni marşrut (İran vasitəsilə – red.) yaranıb.

Diplomatik konsensus təkcə təhdidlərlə deyil, həm də faydalarla əldə edilir. Ermənilər isə artıq yağlı tikənin böyük hissəsini itiriblər…”

O, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi və onun ehtimal olunan ikinci qolu məsələsi ilə bağlı danışarkən bildirib ki, bundan heç kim imtina etmədi, lakin süründürülməyə yol verildi:

“Mənə elə gəlir ki, çətin, hər iki layihə eyni vaxtda həyata keçirilə. Bir halda ki, İranla razılığa gəlinib, çox güman ki, hamı diqqətini bu istiqamətə yönəldəcək. Qoy ermənilər düşünsünlər”.

“Bakının İrəvana göndərdiyi təkliflərə gəlincə, məncə, onları Ermənistanın daxili gündəminə sıxışdırmaq çox çətin olacaq. Hər tərəfdən xəyanət ittihamları yağır. Ona görə də çətin ki, Ermənistanın kəskin dönüşü və Azərbaycanın 5 bəndinin qəbulu ilə bağlı razılaşma baş verə”, – deyə ekspert vurğulayıb.

Nair Əliyev

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir