İlham Əliyev və Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərdi

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərib.

Oxu.Az xəbər verir ki, əklil dəfn zamanı mərhumun məzarı önünə qoyulacaq.

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub.

O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-i Vətənə gətirilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir