Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilib

Siyasət

Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi barədə qanun imzalayıb.

Dəyişikliyə əsasən, məcəlləyə aşağıdakı məzmunda maddə əlavə edilib:

“Bu Məcəllənin 102.4-2-ci maddəsində göstərilən əsasla icazə ləğv edildikdən sonra sifarişçi tikinti obyektinin istismarına icazə verilməsi üçün təkrar müraciət edə bilər.

Təkrar müraciətə yalnız dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd əlavə edilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq tikinti obyektinin istismarına icazəni sifarişçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.