Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib – YENİLƏNİB

Siyasət

16 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsindən verilən xəbərə görə, nazirlər bölgədəki cari vəziyyət, o cümlədən Ukrayna ətrafındakı məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

21:41

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Tərəflər görüş zamanı Ukraynadakı son hadisələr və təxliyə məsəslələrini müzakirə edib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir