“Prezident Forumda Azərbaycana qarşı yalan və dezinformasiyaları darmadağın etdi”

Siyasət

20 İyul 2024-cü ildə ölkəmizin mədəniyyət ocağı olan Şuşa şəhərində “Yalan məlumatların ifşası, dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirildi. Dövlət başçısı Cənab İlham Əliyev illər uzunu Azərbaycana qarşı ayrı–ayrı media mərkəzlərinin haqqsız və ədalətsiz hücümlarının geniş miqyas aldığını konkret faktlarla önə çəkdi. Həqiqətən də 44 günlük Vətən Müharibəsi dövründə ölkə prezidenti, Müzəffər Ali Baş Komandan kimi Cənab İlham Əliyev təkcə qəhrəman Silahlı Qüvəllərimizi qələbədən qələbəyə aparmaqla kifayətlənmədi, eyni zamanda Ermənistanın, onun yanında yer alan dövlətlərin, beynəlxalq güclərin himayəsində olan çoxsaylı informasiya vasitələrinin Azərbaycana qarşı yalan və dezinformasiyalarını darmadağın etdi.

Günay Ağamalı

Müstəqillik qazandığımız andan bu günə qədər davam edən dezinformasiyalar ölkəmizə qarşı yalnış təsəvvürlərin yaradılmasına xidmət edir. “Yalan məlumatların ifşası, dezinformasiyaya qarşı mübarizə” devizi altında keçirilən 1-ci və 2-ci Şuşa Qlobal Media Forumu və bu forumda ölkə prezidenti İlham Əliyevin iştrakı, söylədiyi fikirlər, ayrı-ayrı ünvanlara göndərdiyi mesajlar Forumda iştrak edən xarici jurnalistlər vasitəsilə Dünya auditoriyasına çıxarılır və ölkəmizə qarşı dezinformasiyalar geniş şəkildə ifşa edilir.

Forumun daha bir əhəmyyəti bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 Beynəlxalq Konfransı ərəfəsində Azərbaycana yönələn və ənənəvi xarakter daşıyan FAKE informasiyaların ifşasında öz əhəmiyyətli və həlledici rolunu oynadı.

Günay Ağamalı

Ana Vətən Partiyası sədrinin müavini

21 İyul 2024-cü il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir