“Qarabağ Zəfəri Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin və hərb tariximizin ən əzəmətli hadisəsidir” – DEPUTAT

Siyasət

“Azərbaycanın tarixi zəfərə imza artmasından dörd il keçir. Qarabağ Zəfəri Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin və hərb tariximizin ən əzəmətli hadisəsidir”.

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.

Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi qəhrəman Silahlı Qüvvələrimiz yüksək peşəkarlıq və qorxmazlıq nümünləri sərgiləyərək işğalçı Ermənistan və onlarla bərabər vandalizmi, işğal siyasətini birgə davam etdirən güclər üzərində parlaq qələbə qazandı:

“Nəticə etibarilə, Ermənistanın baş naziri Nikol Paşinyan ölkə rəhbərimizin də qeyd etdiyi kimi gizləndiyi yerdən kapituliyasiya aktına imza atmağa məcbur oldu. Bu isə Ermənistan və dünya erməniliyinin “Miatsum” ideyalarının süqutu idi. Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan ordusu Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr və 10 noyabr 2020-ci il tarixlərində bütün təzyiqlər və ikili standartlara rəğmən 44 günlük Vətən savaşı ilə torpaqlarımızı azad, milli qürurumuzu bərpa etdi. Bununla da tarixdə ilk dəfə yaşanacaq hadisə, BMT-nin işğalı sonlandırmaq üçün qəbul etdiyi məlum qətnamələrin icrası ölkəmiz tərəfindən təmin edildi”.

Deputat vurğulayıb ki, müharibə müddətində cənab Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm cəbhədəki prosesləri idarə edir, həm yeni strateji planları müəyyənləşdirir, həm də Baş diplomat olaraq proseslərin informasiya tərəfini və xarici siyasət sferasını uğurla reallaşdırırdı:

“Bu gün doğma Qarabağımız və Şərqi Zəngəzur əbədi olaraq erməni işğalından, separatizmindən təmizlənərək sürətli və dinamik inkişafa şahidlik edir. Ölkə başçımızın təsdiq etdiyi plana əsasən Böyük Qayıdış Proqramı uğurla davam etdirilir və məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Dünya çaplı lider səviyyəsinə qalxan Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezidentimizin ətrafında sıx birləşən Azərbaycan xalqı bundan sonra da yeni-yeni uğurlara imza atacaq.Əziz soydaşlarım, Zəfərimiz mübarək!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir